“AzInTelecom” MMC Keniyada keçirilən, Afrikanın ən böyük texnologiya və süni intellekt sərgilərindən biri “AI GITEX Kenya 2026”da iştirak edib.
İnnovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər və ekspertləri bir araya gətirən tədbirdə “AzInTelecom” stendlə təmsil olunub.
Şirkətin “AI GITEX Kenya 2026”da iştirakının başlıca hədəfi qlobal texnologiya arenasında öz mövqeyini daha da gücləndirmək, xarici tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və rəqəmsal məhsullarını beynəlxalq miqyasda nümayiş etdirmək olub.
Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək böyükhəcmli dataların idarə olunmasında süni intellektin rolundan danışıb. O, bu sahədə yaranan nəhəng məlumat axınının təhlükəsiz şəkildə emal edilməsi üçün “AzInTelecom”un təklif etdiyi rəqəmsal infrastruktur imkanlarını diqqətə çatdırıb.
Sərgi iştirakçıları tərəfindən şirkətin rəqəmsal məhsul və xidmətlərinə maraq göstərilib, təqdim olunan innovativ həllər barədə ziyarətçilərə məlumat verilib.
“AzInTelecom” haqqında
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” MMC müştərilərə daim təhlükəsiz, dayanıqlı və əlçatan xidmətlər təklif etməklə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verir.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları