Previous Next
Bağla

AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

28-09-2026 17:59
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Şirkət beynəlxalq əməkdaşlıqlarını genişləndirərək Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə töhfə verir.

“AzInTelecom” MMC Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq “ICTWEEK Uzbekistan 2026” tədbirində bulud, biometrik identifikasiya və süni intellekt istiqamətində həll və imkanlarını təqdim edib. Şirkətin tədbirdə iştirakı rəqəmsal məhsul və xidmətlərin regional bazarda tanıdılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Müasir rəqəmsal infrastrukturun inkişafı, yüksək hesablama imkanlarının yaradılması və qabaqcıl texnologiyaların tətbiqi “AzInTelecom”un Azərbaycanın regional rəqəmsal hub kimi mövqeyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri sırasındadır.

Şirkət bu istiqamətdə data mərkəzləri və bulud infrastrukturu ilə yanaşı, süni intellekt və yüksək performanslı hesablama imkanlarını da inkişaf etdirir.

“AzInTelecom” MMC-nin Baş direktorunun müşaviri Fərid İsmayılzadə tədbir çərçivəsində keçirilən panel müzakirəsində “Süni intellektin bulud infrastrukturuna və kibertəhlükəsizliyə təsiri” mövzusunda çıxış edib. O, süni intellekt texnologiyalarının müasir rəqəmsal infrastruktura təsirindən, həmçinin “AzInTelecom”un bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.

Çıxış zamanı Azərbaycanda yaradılmış ilk Superkompüter Mərkəzinin ölkənin süni intellekt və rəqəmsal inkişafı baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Mərkəz böyük hesablama gücü tələb edən süni intellekt və digər texnoloji layihələrin ölkə daxilində həyata keçirilməsi üçün zəruri infrastruktur yaradır, yerli şirkətlərə, dövlət qurumlarına və innovasiya subyektlərinə qabaqcıl hesablama resurslarından istifadə imkanı verir.

Bununla da Azərbaycan yalnız rəqəmsal texnologiyaların istifadəçisi deyil, süni intellekt həllərinin yaradılması və inkişafı üçün zəruri texnoloji infrastruktura malik ölkə kimi öz imkanlarını genişləndirir.

Mərkəzdə süni intellekt modellərinin hazırlanması, böyük həcmli məlumatların sürətli emalı və mürəkkəb hesablamaların aparılması üçün “NVIDIA H200 GPU” çiplərindən istifadə olunur. Hazırda Mərkəzin hesablama gücünün və imkanlarının daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu infrastruktur Azərbaycanın regionda süni intellekt və yüksək hesablama xidmətləri üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsi üçün də yeni imkanlar yaradır.

F. İsmayılzadə öz çıxışında həmçinin “AzInTelecom”un biometrik həllərində təhlükəsizliyin gücləndirilməsi məqsədilə müasir süni intellekt texnologiyalarından istifadə etdiyini bildirilib.

Tədbir çərçivəsində “AzInTelecom”un nümayəndə heyəti şirkətin stendində bulud və biometrik həllərini, eləcə də digər rəqəmsal məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim edib. Xarici texnologiya şirkətlərinin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə potensial əməkdaşlıq imkanları və həllərin regional bazarlarda tətbiqi perspektivləri müzakirə olunub.

“AzInTelecom”un beynəlxalq texnologiya platformalarında iştirakı şirkətin rəqəmsal həllərinin xarici bazarlarda tanıdılması ilə yanaşı, Azərbaycanın regionda məlumatların saxlanması və emalı, bulud xidmətləri və yüksək hesablama imkanları üzrə texnoloji mərkəz kimi mövqeyinin gücləndirilməsinə xidmət edir.

2004-cü ildən etibarən hər il təşkil olunan “ICTWEEK Uzbekistan” informasiya kommunikasiya texnologiyaları sahəsində şirkətləri, dövlət qurumlarını və ekspertləri bir araya gətirən regional platformalardan biridir. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal transformasiya və digər aktual texnologiya mövzularında forumlar, panel sessiyaları və ekspert müzakirələri keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində

“AzInTelecom” GITEX AI 2026 qlobal müzakirələrində

06-05-2026
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

10-10-2025
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
İnformasiya Texnologiyaları İnstitutunda data resursları emalı platforması gücləndirilir

İnformasiya Texnologiyaları İnstitutunda data resursları emalı platforması gücləndirilir

01-07-2026
“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

21-05-2026
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

Məlumat Hesablama Mərkəzi və “AzInTelecom” MMC birləşdirilib

28-12-2021
Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

Bakıda süni intellekt sahəsində regional qabaqcıl təcrübə mərkəzi yaradılacaq

17-07-2026
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

08-06-2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

23-07-2026
AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28-07-2026
AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan  nəticələri açıqlayıb

AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb

31-07-2026
“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023
Amazon Web Services Azərbaycanda

Amazon Web Services Azərbaycanda

18-12-2025
Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

17-06-2026
AzInTelecom “Chain Reaction 2024” də iştirak edib

AzInTelecom “Chain Reaction 2024” də iştirak edib

12-09-2024
AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!

AzInTelecom bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!

03-09-2026
“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

14-10-2025
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

“AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir

24-04-2025
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib

08-07-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə