Previous Next
Bağla

SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib

24-09-2024 16:15
SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC 17-20 sentyabr tarixlərində Özbəkistanda keçirilən “İKT Həftəsi” (ICT Week 2024) tədbirində stendlə çıxış edib.

Xeberler.az bildirir ki, 20-yə yaxın ölkənin təmsil olunduğu tədbirin sərgi hissəsində “AzInTelecom” əməkdaşları tərəfindən şirkətin məhsul və xidmətləri barədə iştirakçılara məlumat verilib, potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbirin ilk günündə “AzInTelecom”un stendini ziyarət edənlər arasında Özbəkistan Respublikasının rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov da olub. Ziyarət zamanı nazirə “AzInTelecom”un əsas rəqəmsal məhsullarından olan “SİMA İmza” haqqında məlumat verilib. Şerzod Şermatov “SİMA İmza”nın biometriya funksionallığını maraqla qarşılayıb.

Tədbirin üçüncü günündə “AzInTelecom”un nümayəndə heyəti Özbəkistanda elektron imzalar üzrə məsul qurum olan Yeni Texnologiyalar Mərkəzində olublar. Mərkəzin rəhbərliyi ilə görüşən “AzInTelecom” əməkdaşları Özbəkistanda elektron imza sahəsinin inkişafı üçün “SİMA İmza”nın imkanlarından istifadənin mümkünlüyünü vurğulayıblar. Mərkəzin direktoru Şərifjon Kayumov SİMA-nın imkanlarını yüksək qiymətləndirib və daha geniş müzakirələr üçün Bakıya səfər edə biləcəklərini qeyd edib.

Məlumat üçün bildirək ki, “Özbəkistan İKT Həftəsi” informasiya və kommunikasiya texnologiyaları sahəsində Mərkəzi Asiya və ətraf regionlardakı İT şirkətlərini bir araya toplayan qlobal tədbir hesab olunur. Tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib, şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” Özbəkistanda “İKT Həftəsi 2024”də öz məhsul və xidmətlərini təqdim edəcək

17-09-2024

“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

26-11-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

AzInTelecom “Chain Reaction 2024” də iştirak edib

12-09-2024

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

04-12-2024

“Fintex Summit 2023”də SİMA-nın iki yeni məhsulu təqdim edilib

13-06-2023

“AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək

29-11-2023

“AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

11-10-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza” “Xalq” bankın internet bankçılıq sisteminə inteqrasiya edilib

17-12-2024

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb

24-10-2024

“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

14-10-2025

“AzInTelecom” Cənubi Afrika Respublikasının nüfuzlu şirkəti ilə əməkdaşlığa başlayır

21-11-2023

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib

26-06-2025

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı olub

23-05-2025

“Kontakt”da alış-veriş artıq “SİMA İmza” ilə!

16-07-2025

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

21-05-2026

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

25-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə