Previous Next
Bağla

“Nar”dan Beynəlxalq Kitab günü münasibətilə müsabiqə

23-04-2022 13:29
 “Nar”dan Beynəlxalq Kitab günü münasibətilə müsabiqə

“Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan “Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün “Facebook” və “Instagram” səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
Xeberler.az məlumat verir ki, azərbaycandilli auditoriya üçün yaradılmış “Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran “Canlı Kitab”,  bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə “Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti “Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.
“Canlı Kitab” layihəsi mobil operator “Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları “SoundCloud” üzərindən də “Canlı Kitab”ı dinləyə biləcəklər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

20-08-2021

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradılıb

21-01-2022

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

20-10-2021

Nar-ın Canlı kitab layihəsi davam edir

21-11-2019

Nar Canlı kitab sosial layihəsinə start verib

23-10-2019

Nar görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb

30-01-2020

“Nar”ın dəstəyilə ölkənin ən böyük Azərbaycan dilli audiokitab toplusu yaradılır

01-06-2021

Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi  

27-05-2022

“Nar" 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir!

08-04-2022

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək

24-04-2025

“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir  

23-05-2022

“Nar” əyləncə dolu yay kampaniyasına start verir  

07-07-2022

Nar və Avtostop radio verilişindən maraqlı təklif

21-06-2017

“Nar” minifutbol üzrə milli komandamızı təbrik edir!

14-06-2022

“Nar” qazi müəllimlər haqqında kitabın çapına dəstək olur

28-10-2021

Şəhid yadigarlarını lentə alan sənədli film təqdim olunub

01-06-2022

Nar kənd məktəbinə kitab və kompüterlər hədiyyə etdi

23-04-2019

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

19-07-2022

Elektron audio kitabxananın yaradılmasına başlanıb

01-09-2015

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

15-04-2022

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi    

20-07-2022

“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

23-04-2021

“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

07-11-2023

“Nar” “Zirə” Peşəkar Futbol Klubunun tərəfdaşı Olacaq

13-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə