Android sistemi üçün yeni təhlükəli virus aşkarlanıb

15-10-2018 / 11:47

“Cisco” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri “Android” əməliyyat sistemi üçün yeni fırıldaqçı virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, mütəxəssislər tərəfindən “Gplayed” adlandırılan təhlükəli proqramın yaradılmasında cinayətkarlar rəsmi “Google Play” əlavəsinin surətini çıxararaq istifadə ediblər. Yüklənmədən sonra qurğunun ekranında “Google Play Marketplace” imzası ilə işarə görünüb.

Məlumata görə, inzibatçılıq hüquqlarına malik proqram kibercinayətkarlara qurğunu məsafədən idarə etməyə imkan verib. Onlar müstəqil şəkildə qurğunu bloklaya və ya onu zənglərin edilməsi və ya bildirişlərin göndərilməsi üçün istifadə edə biliblər. Qurğunun yaddaşında saxlanılan informasiya ilə yanaşı, əlavə ödəniş məlumatlarını oğurlayır.

Mütəxəssislərin sözlərinə görə, hazırda cinayətkarlar tərəfindən aktiv sınaqdan keçirilən yeni texnologiya gələcəkdə “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün ciddi təhlükə törədə bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.