Ən təhlükəsiz smartfon hansıdır?

12-10-2018 / 10:08

“MarketWatch” təşkilatının ekspertləri dünyada ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, mütəxəssis Cessika Orteqanın sözlərinə görə, “Apple” şirkəti qurğuların kənar təsirlərdən mühafizəsi məsələsinə ciddi yanaşır və boşluqları aradan qaldırmağa çalışır. “Android” əməliyyat sistemi isə reklam şirkətləri üçün qurğuların məlumatlarını toplayaraq onları “Google” şirkətinin serverlərinə göndərir.  

“iPhone” modelinin təhlükəsizliyinə baxmayaraq ekspert David Qinzburq smartfonun aktivliyinin hər istifadəçi tərəfindən müstəqil şəkildə idarə olunmasını vacib hesab edir. Bu onunla əlaqədardır ki, hətta ən etibarlı qurğunun quraşdırılmış mühafizə sistemi istifadəçini mənfi nəticələrdən tam qoruya bilmir. O qeyd edib ki, smartfonun mühafizəsi bütün istifadəçilərin fərdi təhlükəsizlik amillərindəndir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə