ASAN ödəniş sisteminə daha bir dövlət qurumu qoşuldu

26-10-2015 / 12:39

Azərbaycan Maliyyə Nazirliyi ASAN ödəniş sisteminə qoşulub.

Xeberler.az-ın məlumatına görə, nazirliyin kollegiyası  “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda bununla bağlı dəyişiklik edilməsi barədə qərar qəbul edib.
 
Dəyişikliyə əsasən, qaydaların 1-ci hissəsinə 1.2-1-ci bənd əlavə edilib.
 
Yeni bənddə göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş ASAN ödəniş sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində ASAN ödəniş sisteminə göndərir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.