Previous Next
Bağla

COP29.az vebsaytı istifadəyə verilib

03-05-2024 15:15
COP29.az vebsaytı istifadəyə verilib

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib.

Xeberler.az xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcəkdir.

Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaqdır.

 İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaqdır.

Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilmişdir.

Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

COP29-un yenilənmiş rəqəmsal məlumat platforması istifadəyə verilib

04-11-2024

COP29 ilə əlaqədar elektron viza portalı istifadəyə verilib

05-09-2024

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24-08-2024

COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər

31-01-2024

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

Gənclər Kitabxanasında “COP29-un gündəliyi” elektron resurslar bazası yaradılıb

22-11-2024

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

ASAN: “COP29 Xüsusi Viza”sını elektron formada almaq olar

31-10-2024

COP29-da iştirak edəcək yerli media qurumlarının radioelektron vasitələrinin testinə başlanıb

07-11-2024

ABB COP29-un əsas bank tərəfdaşıdır!

29-10-2024

COP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib

21-10-2024

COP29-da iştirak üçün akkreditasiya portalı istifadəyə verilib

02-07-2024

NASA astronavtları COP29 iştirakçılarına müraciət ünvanlayıblar

12-11-2024

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə” adlı dəyirmi masa keçiriləcək

28-10-2024

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21-08-2024

Dövlət Xidməti: “COP29” ilə bağlı saxta səhifələrin sayı artıb

26-08-2024

"COP29" -da fəaliyyət göstərəcək könüllülərə təlimlər keçirilib

29-10-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

Gənclərin iqlim texnologiyaları sahəsində startapları təqdim edilib

16-11-2024

COP29-a hazırlıq çərçivəsində “Google” yerli tərtibatçılar üçün təlim proqramı təqdim edir

11-10-2024

COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib

24-10-2024

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə