“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Xeberler.az -a bildirilib ki, qurum tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.
“Startap” şəhadətnamələri "E-Tibb" MMC-nin onlayn həkim qəbulu üçün mobil platforması, "İmajin Technologies" MMC-nin interaktiv alış-veriş platforması, "Finmarket" MMC-nin kredit təşkilatları üçün onlayn kredit platforması, "Troniq" MMC-nin reklam robotunun istehsalı və satışı, "Yoldash" MMC-nin avtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın onlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.
Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də, müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri