Previous Next
Bağla

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024 11:32
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

Cari ilin 6 may tarixində Milli Məclisin inzibati binasında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirimişdir.

Tədbiri giriş nitqi ilə açan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev iclasın keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri xanım Sahibə Qafarovaya təşəkkürünü bildirərək, ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat vermişdir.

Xidmət rəisi kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı “Cyber Poligon” layihəsinin NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqləndiyini və 2024-cü ilin mayından etibarən 2 illik müddətə başlayacağını qeyd etmişdir. Eyni zamanda İ.Musayev Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın cari ilin sentyabr ayının 25-də Bakıda keçirilməsi
və regional təmsilçiliyi ekskluziv olaraq Azərbaycana verilməsi barədə ətraflı məlumat vermişdir.

Daha sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası öncədən müəyyən olunmuş gündəliyə uyğun “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın icra vəziyyəti barədə hesabatlar dinlənmiş, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etmək üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yaradılmış xüsusi portalın təqdimatı həyata keçirilmiş, o cümlədən informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan digər təkliflər ətrafında müzakirələrə başlamışdır.

Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri daxili İşlər nazirinin müavini general-leytenant İsmət Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini general-leytenant Rəşad Həmzəyev, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini general-leytenant Zaur İsmayılov, Müdafiə Nazirliyinin baş idarə rəisi general-mayor Fərid Əliyev iştirak etmişlər.

Sonda Komissiyanın sədri müzakirələrdə aktiv iştirakına görə üzvlərə təşəkkür edərək müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, qaldırılmış bəzi təhlükəsizlik məsələləri ilə bağlı müvafiq dövlət qurumlarına bildirişlərin göndərilməsinin vacibliyini bildirmişdir. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin çoxluğunu nəzərə alaraq, belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

Strategiyanın icrası müzakirə olunub

22-11-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib

18-12-2024

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb

27-04-2018

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

30-11-2022

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06-05-2024

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

02-02-2023

Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib

17-10-2023

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

15-07-2022

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası təsdiqlənib

28-08-2023

Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

26-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə