Previous Next
Bağla

Megogo ölkədə tamamilə bloklandı

15-04-2024 16:52
Megogo ölkədə tamamilə bloklandı

Cari ilin əvvəlindən bir neçə provayder "Megogo" TV platformasına girişi bloklamışdı. Ötən həftədən isə ölkənin digər provayderləri də megogo.net saytına girişi qapadıb. Sözügedən beynəlxalq video xidmət platformasının Azərbaycan ərazisində yayımı tamamilə dayandırılıb.

Media haqqında qanun qəbul olunan ərəfələrdə bu tip xarici TV kanalların lisenziya almalı olacaqları, əks halda onların bağlana biləcəklərini vurğulamışdıq. Ötən ilin sonu isə  Audiovizual Şura bir çox xarici internet TV kanalları Media haqqında qanunun tələblərinə zidd fəaliyyət göstərdiklərinə görə məhkəməyə vermişdi. Cari ilin əvvəli isə məhkəmə internet üzərindən yayılan bir çox xarici TV kanalların, o cümlədən də "Megogo TV" platformasının ölkə əraizisində bloklanması haqqında qərar qəbul etmişdi. Məhkəmə qərarının icrası üçün Audiovizual Şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə ciddi addımlar atmağa başlayıb.

Xeberler.az  xəbər verir ki, bunu Azərnbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz deyib. O bildirib ki, bütün bunlar  gözlənilən idi:

"Bunu güman ki, beynəlxalq platforma olan "Megogo" da bilməmiş deyildi. Çünki Media haqqında qanuna görə, "Megogo" həm “platforma operatoru”, həm də “sifarişli yayım operatoru” olaraq fəaliyyət göstərən audiovizual media subyektidir. Maraqlıdır ki, 5-6 ildir ki, başqa xarici TV kanallardan fərqli olaraq ölkəmizdə nümayəndəlik yaradan bu xarici kanal da indiyədək lisenziya almayıbmış. İndi isə abunəçilər pullarının batmasından şikayətlənirlər.

Bu TV kanal müştərilərindən aylıq 6 manat abunə haqqı toplayır. Yeri gəlmişkən, əsas ofisi Ukraynada yerləşən bu platforma Ukrayna-Rusiya müharibəsindən sonra rus kanallarını da siyahısından çıxarmış, anti-Azərbaycan kanalları olmayan, yayımladığı TV kanlların müəllif hüquqlarını qoruyan az saylı kanllardan biridir. Lakin maraqlıdır ki qlobal şəbəkə olan bu kanal heç bir Azərbaycan kanalını da qlobal yayım siyahısına daxil etməyib.

Əlbəttə, belə bir beynəlxalq media  platformasının, həmçinin digər qlobal informasiya resurslarının Azərbaycan ərazisində bloklanması xoşagələn bir hal deyil. Bununla belə, uzun illər Azərbaycandan milyonlarla qazanc götürən bir şirkətin xəbərdarlıqlara baxmayaraq, qanunlara qarşı sayğısızlıq etməsi, lisenziya almaması da yolverilməzdir".

Ekspertin fikrincə, bu tip yanaşma həm də audiovizual media üçün biznes mühitinin  inkişafına mənfi təsir göstərir, vergi ödəyicisi olan digər biznes subyektləri üçün ədalətsiz bir mühit formalaşdırır:

"Megogo" abunəçilərinin haqlı narazılıqlarını qarşılamalı, bir az da "ofşorluğu" olan bu şirkət hüquqi vəziyyətini qaydaya salmalı və lisenziya üçün Audiovizual Şuraya müraciət etməlidir. Eyni zamanda düşünürəm ki, Audiovizual Şura bu tip məsələlərə daha ehtiyatla yanaşmalıdır. Elə xarici TV subyektləri var ki, onlar birmənalı olaraq piratçılıqla məşğuldur, anti-Azərbaycan kanallarını da retranslyasiya edir, sadəcə bir neçə manat alıb minlərlə kanal təqdim edir. Əlbəttə, bunlara qarşı qanun çərçivəsində sərt yanaşma sərgilənməlidir.

Eyni zamanda elə qlobal video xidmət platformaları var ki, onlar xarici TV kanalların retranslayasiyası ilə məşğul deyillər. Lakin qanunla onlara da “sifarişli yayım operatoru” olaraq yanaşıla bilər. Hansı ki, bu yolverilməzdir". 

O. Gündüz düşünür ki, bu tip qlobal video xidmətlərə münasibət Nazirlər Kabinetinin ötən ilin sonu qəbul etdiyi “Google vergisi” adlanan qaydalar çərçivəsində olmalıdır:

"Məsələn, "Netflix" kimi beynəlxalq platformaya, Media haqqında qanunun tələbləri ilə deyil, Dövlət Vergi Xidmətinin qlobal şirkətlər üçün yaradılan elektron platformasında vergi ödəyicisi kimi qeydiyyata düşməyin təklif edilməsi daha məqbul olardı".

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet üzərindən yayımlanan xarici TV xidmətlər qapadılacaqmı ?

27-12-2023

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

MTRŞ: “Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq

20-12-2021

Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub

27-12-2024

100-dən çox xarici televiziya kanalı hüquqi sənədsiz retranslyasiya olunub

21-11-2024

Audiovizual Şuranın sədri yayımçılara xəbərdarlıq edib

26-12-2022

MTRŞ: İnternet televiziya kanalları üçün iki tələb müəyyən olunub

17-06-2021

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

Bakcell MEGOGO ilə əməkdaşlığa başlayıb

11-04-2019

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025

Audiovizual Şura "ATV Plus"u məhkəməyə verib

09-10-2024

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilir

07-03-2023

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

“Media haqqında” qanunun tətbiqi ilə bağlı görüş keçirilib

13-04-2022

Ekspert: Televiziyaların video kontenti harada saxlanılır?

16-12-2024

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025

Kabel televiziyaları ilə bağlı qaydalar hazırlanır

09-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə