Previous Next
Bağla

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024 16:20
Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet provayderləri ilə görüş keçirilib.

Giriş sözü ilə çıxış edən İKTA sədri vəzifəsini icra edən Nail Mərdanov bildirib ki, görüşün məqsədi Azərbaycanın dünyada internetin sürətinə görə reytinqinin yüksəlməsi üçün xidmət keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərin müzakirəsi və istehlakçı şikayətlərinin azalmasının təmin olunmasıdır.

Natiq bildirib ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması hədəf indikatoru olaraq müəyyən edilib.

Beləliklə, bu hədəfə çatmaq məqsədilə operator və provayderlərin təqdim etdikləri internet xidmətlərinin sürətlərinin artırılması üçün tədbirlərin görülməsinə dair tövsiyələr verilib. Qeyd olunub ki, optik şəbəkə və eləcə də operator və provayderlərin istifadə etdikləri texniki vasitələr sürət artımına tam olaraq uyğundurlar. Sürət artımının pilot olaraq sınaqdan çıxarılması, nəticələrin İKTA ilə təkrar müzakirə edilməsi təklif olunub.

Görüşdə çıxış edən internet provayderlərin nümayəndələri son zamanlar daşınma xərclərinin, avadanlıqların dəyərinin və infrastruktur qiymətlərinin artırılmasının xərclərin də artmasına səbəb olduğunu qeyd ediblər.

Sürət artımının qiymət artımına təsir etməsi ehtimalının obyektiv araşdırılması məqsədilə operator və provayderlər tərəfindən internet xidmətlərinin tariflərinin necə formalaşması barədə Agentliyə məlumat verilməsi də müzakirə olunub.

Görüşdə, həmçinin telekommunikasiya şəbəkələrinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsində dövlət-özəl tərəfdaşlığı alətlərindən istifadə perspektivləri barədə də danışılıb.

Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonunda problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda fiber-optik internetin əhatə dairəsi açıqlanıb

22-05-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

İKTA-da operator və provayderlərlə növbəti görüş keçirilib

16-07-2025

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə