Azərbaycanla İran arasında IKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

15-12-2014 / 22:29
Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında IKT sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 12-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2014-cü il.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.