Azercell-dən 100 dəqiqə hədiyyə

01-03-2018 / 15:41

Azercell Telekom MMC yeni kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir.

Martın 1-dan etibarən Azercell-in Eksklüziv mağazalarında istənilən aylıq internet paketlərə, tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng, Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili 100 dəqiqə danışıq həcmi hədiyyə veriləcək.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40) və Qubada (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına verilib. Ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər.

Eyni zamanda, abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə əldə etmək imkanı qazanırlar.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə