Azercell-dən planşeti al – hədiyyələr qazan

12-05-2018 / 10:29

Azercell-dən planşet, limitsiz internet və üstəgəl premium aksessuar əldə etmək istəyənlər üçün yeni sərfəli kampaniyaya start verilib.

Xeberler.az-ın məlumatına görə, kampaniya çərçivəsində məhz Azercell Eksklüziv Mağazalarında Lenovo markalı planşeti alan hər bir müştəri 6 ay müddətinə Limitsiz İnternet paketini cəmi 15 AZN qiymətinə əldə etmək imkanından faydalanacaq.

Üstəlik, hər bir kampaniya iştirakçısına 1 ədəd Azercell Premium aksessuar hədiyyə təqdim olunur.

Kampaniyada təqdim olunan Lenovo planşet modelləri:

  • Lenovo TAB3 710L 16GB – 206 AZN
  • Lenovo TAB4 7304 16GB – 209 AZN
  • Lenovo YTAB3 850 16GB – 359 AZN
  • Lenovo YTAB3 X50 16GB – 499 AZN

Onu da bildirək ki, kampaniya planşetlərinə Azercell-in rəsmi tərəfdaşı və Lenovo-nun Azərbaycanda rəsmi distribütoru Inteqral şirkəti tərəfindən 1 il zəmanət təqdim olunur.

Kampaniyada yalnız Azercell Eksklüziv mağazalarında Lenovo planşetləri əldə edən abunəçilər iştirak edə bilər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) və Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.

Azercell bütün abunəçilərini bu sərfəli və ekskluziv kampaniyadan yararlanmağa dəvət edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə