Azercell-dən xidmətində yaranan problemlə bağlı rəsmi açıqlama

17-04-2017 / 16:33

Məlumat verdiyimiz kimi, bu gün Azercell-in xidmətində  problemlər yaranıb.

Şirkət məsələ ilə bağlı rəsmi sorğumuza cavab olaraq bildirib ki, bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi:

“17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində Azercell Telekom MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilib”.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.