Azərmarka yeni marka seriyaları təqdim edib

15-12-2009 / 19:51

Azərmarka yeni marka seriyaları təqdim edib.Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti yeni marka seriyalarının poçt dövriyyəsinə buraxılması barədə elan edib. 0,5 və 1 manat nominal dəyərli iki markadan ibarət seriya cari ildə Azərbaycan şahmatçılarının Avropada çempionatdakı qələbələrinə həsr olunub.

Markaların tirajı isə 30 000 vərəq təşkil edir. “Azərbaycan rəssamlıq məktəbi. Rəssam S.Bəhlulzadə” adlı digər seriya isə dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunub. Buraya hər biri 0,2 manat dəyərli 6 marka daxildir. Seriya 5 000 vərəq tirajı ilə buraxılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.