Azərpoçt: 200-dən çox Şəxsi poçt markası sifariş olunub

01-04-2019 / 12:42

İndiyədək Azərbaycanda 200-dən çox “Şəxsi” poçt markası çap edilib. 

Bu gün bütün dünyada çoxsaylı markalar çap olunur, amma birincilik haqqının verdiyi “üstünlük” heç də onlara şamil edilmir. İstənilən poçt markasında onu buraxmış ölkənin adı latın hərfləri ilə qeyd edilir. Əgər markanın üzərində adlar yoxdursa, deməli bu, Böyük Britaniyanın markasıdır. Bu gün Böyük Britaniya dünyada yeganə ölkədir ki, poçt markalarında öz adını çap etmir. Ümumdünya Poçt İttifaqı müxtəlif ölkələrdə markalara qarşı tələbləri müəyyənləşdirərək bütün ölkələri poçt markasında ölkə adını göstərməyə məcbur edir.

Xeberler.az  bildirir ki, Azərbaycana gəlincə, əvvəlcə onu qeyd edək ki, filateliya ölkəmizdə də inkişaf etmiş bir istiqamət sayılır. Azərbaycanda “Şəxsi” markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi, ya da poçt markası kimi sifariş edə bilər.

“Şəxsi” markanı fiziki və hüquqi şəxslər bir suvenir kimi və ya poçt markası kimi sifariş edə bilər. Azərbaycanda bu markaların çapına 2014-cü ildə keçirilən 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilən “Bakıfilekspo-2014” IV Milli Filateliya sərgisi çərçivəsində başlanılıb. “Şəxsi” markanın üzərində sifarişçi özünün və yaxınlarının şəkillərini, eyni zamanda hüquqi şəxslər öz müəssisələrinin loqotiplərinin reklam xarakterli təsvirlərini yerləşdirə bilər. Bu markaları zərflərin üzərində də göndərmək mümkündür. Amma bu markaların zərflərin üzərinə yapışdırılan adi markalardan hər hansı üstünlüyü və ya fərqi yoxdur.

“Şəxsi” poçt markaları sifariş edilərkən, sifarişçi bütün fotoları və yaxud informasiyanı elektron daşıyıcı vasitəsilə verməlidir. Sözügedən markalar ölkəmizdə I Avropa Oyunlarının məşhur idmançıları üçün də sifariş edilib. Ümumiyyətlə isə ölkəmizdə indiyə qədər 200-dən çox belə marka çap olunub.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.