Previous Next
Bağla

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017 13:03
İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

Ölkəmizdə poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC-nin yaradılmasından 25 il ötür.

Xeberler.az-ın məlumatına görə, Azərmarka 14 iyul 1992-ci ildə yaradılıb. Amma Azərbaycanda markanın yaranma tarixi daha qədimdir. Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.

1992-ci ildən isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə, həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.

Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və florasına, milli bayramlarına, memarlıq abidələrinə, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.

Ölkəmiz gənc dövlət kimi marka buraxılışına müstəqillik illərində başlamasına baxmayaraq, ötən qısa müddət ərzində dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük maraq yaranıb. Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya filateliya sərgilərində uğurla nümayiş etdirilir.

Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 Milli filateliya sərgiləri keçirilib.

Fəaliyyəti dövründə Azərmarka müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib.

1919-cu ildən bu günədək Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış bütün markaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib.

Bu dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”, “Azərbaycan rabitəsi müstəqillik dövründə 1991-2001” adlı kitablar və “İçərişəhər” haqqında, “Azərbaycan dövlət müstəqilliyinin 20 illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı müsabiqəsinə, “Qarabağ poçt markalarında” mövzusuna və “Birinci Avropa Oyunları”na həsr edilmiş markalardan ibarət kitablar hazırlanaraq çap olunub.

Ötən müddət ərzində Ermənistanın   işğalçı hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılmış markaların qanunsuzluğu barədə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq bürosu tərəfindən bir neçə sirkulyar qərar qəbul olunaraq ÜPİ-nin üzv ölkələrinə göndərilib. Eyni zamanda, üzərində işğalçı Ermənistan hakimiyyəti tərəfindən uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılan marka olan bütün məktub korrespondensiyalarının qəbul edilib işlənməsinin yolverilməzliyi rəsmi olaraq onlara bildirilib.

Qeyd edək ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən Azərmarka MMC-nin bir qrup əməkdaşı yubiley münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

23-10-2009
Yeni poçt markası dövriyyəyə buraxılıb

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018
Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

19-03-2019
Azərpoçt: 200-dən çox Şəxsi poçt markası sifariş olunub

Azərpoçt: 200-dən çox Şəxsi poçt markası sifariş olunub

01-04-2019
Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

20-02-2026
ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

26-12-2019
Azərpoçt AXC-nin buraxdığı markaları “WNS” ilə qeydiyyatdan keçirib

Azərpoçt AXC-nin buraxdığı markaları “WNS” ilə qeydiyyatdan keçirib

28-10-2025
BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018
Ümumdünya Şahmat Olimpiadası ilə bağlı poçt markaları nəşr edilib

Ümumdünya Şahmat Olimpiadası ilə bağlı poçt markaları nəşr edilib

30-08-2016
Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009
Azərmarka yeni marka seriyaları təqdim edib

Azərmarka yeni marka seriyaları təqdim edib

15-12-2009
Qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

07-08-2020
AMEA ilə bağlı poçt markası buraxılıb

AMEA ilə bağlı poçt markası buraxılıb

08-10-2015
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

11-06-2026
“Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb

“Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb

11-12-2020
“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025
Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018
Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019
Novruz bayramına həsr olunan marka buraxılıb

Novruz bayramına həsr olunan marka buraxılıb

23-03-2018
Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015
Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb

Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə poçt markası buraxılıb

02-09-2020
BMT-nin 75 illiyi münasibətilə poçt markası  dövriyyəyə buraxılıb

BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

26-10-2020
ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021
Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə