Ölkənin ən böyük vergi ödəyicilərindən biri olan Azercell 2023-cü ildə dövlət büdcəsinə 167 milyon AZN, 27 il ərzində isə ümumilikdə təxminən 2,4 milyard AZN ödəniş edib, ölkədə telekommunikasiya sahəsinin inkişafına 94 milyon ABŞ dolları, 1996-2023-cü illər ərzində isə 1.9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
Sosial məsuliyyət layihələrinin əsas məqsədi maneələri aşmaq və yeni imkanlar yaratmaq olan “Azercell Telekom” 2023-cü ildə də Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində cəmiyyətin ümumi inkişafına və maraqlarına xidmət göstərib. Ötən il ərzində həyata keçirdiyi KSM layihələrə ümumilikdə 30,2 milyon ABŞ dolları sərf olunub ki, bu göstərici 27 il ərzində 52,5 milyon ABŞ dolları təşkil edib.
2023-cü ildə Azercell Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda genişmiqyaslı silsilə sosial layihəyə start verib. Qızları inkişaf etməyə, güclü olmağa və idmana təşviq edən “Qızlara ağ yaraşır” sosial aksiya cəmiyyət içində böyük əks-səda yaratdı, televiziya və sosial mediada, tanınmış şəxslər və influenserlər tərəfindən geniş müzakirə olundu. Kampaniyanın çağırışına cavab verərək 1000 qız cüdo məşqlərinə qoşulub. Qeyd edək ki, “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea” beynəlxalq festivalında 2023-cü il üçün Qran Pri mükafatını qazanaraq 6 kateqoriya üzrə laureat seçilib. Bundan əlavə, sosial kampaniya Mərkəzi Asiyanın ən böyük kommunikasiya festivalında - “Red Jolbors”da Qran-pri mükafatına layiq görülüb və 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanıb.
Layihənin digər “Söz verirəm” kampaniyası qısnamaya qarşı mübarizəyə həsr olunub. Aksiya çərçivəsində məktəblərdə maarifləndirmə işləri aparılıb, bullinqin zərərli davranış olduğu, istər şəxsi ünsiyyətdə, istərsə də rəqəmsal platformalarda qısnamanın qarşısının alınması uşaqlara və böyüklərə aşılanıb.
Azercell innovativ tendensiya və xidmətləri ölkəmizə gətirməklə yanaşı, Azərbaycan ədəbiyyatının və mütaliə mədəniyyətinin təbliğatını da davam etdirib. Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal kitabxanada audio və elektron kitab, eləcə də audiopyes formatlarında bir araya gətirib. Ölkənin lider mobil operatoru Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin edib.
Azercell-in korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müasir texnoloji həllər vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən biri də “Autizm portalı”nın təkmilləşdirilməsi, texniki imkanlarının müasir standartlara uyğunlaşdırılması, məzmun və tədris bazasının zənginləşdirilməsi olub.
2023-cü ildə Azercell tərəfdaşları ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq Hüquqlarının Qorunması Həftəsini elan edib. Layihə indiyə qədər ölkədə təcrübədə tətbiq edilməyən, tam yeni formatda təşkil olunaraq bir gün deyil, bir həftə boyunca uşaq hüquqlarının müdafiəsinə həsr edilmiş və həssas qrupa aid uşaqlar (sosial təcrid şəraitində yaşayan və azadlıqdan məhrum edilmiş azyaşlılar, zorakılığa məruz qalan uşaqlar) üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyətlərdən ibarət proqram üzrə həyata keçirilib.
Azercell-in 2010-cu ildən dəstəklədiyi “Azərbaycan Uşaq Qaynar Xətt” və şirkətin təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə mobil operatorun təşəbbüsü ilə yaradılmış “Qadın Dəstək Xətti” xidmətləri vasitəsilə hesabat ilində ümumilikdə 8500-dən çox müraciətə baxılıb.
Azercell Telekom ötən il uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilən layihə ilə “Təhlükəsiz internet”in təbliğinə də start verib.
2023-cü ildə aparıcı mobil operatorun dəstəyi ilə uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edən “Uşaq Paralimpiya kuboku” turniri keçirilib.
Gənclərə müxtəlif sahələrdə inkişaf üçün imkanlar yaradan Azercell-in dəstəyi ilə NASA-nın dünya səviyyəli “FIRST Robotics Competition” müsabiqəsində Azərbaycan tarixində ilk dəfə gənc robototexniklərimiz finala yüksəlib və mükafata layiq görülüblər.
Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyin məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında ölkəmizi uğurla təmsil edib, 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 9 medal qazanıblar. “Azercell CUP” müsabiqəsinin qalibləri təntənəli şəkildə təltif olunublar.
Azercell və Türk Telekom şirkətlərinin birgə əməkdaşlıqda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış gənclərin peşəkar inkişafı məqsədilə müsabiqə elan olunub. Azercell-in dəstəyi ilə 10 gənc Azərbaycan mütəxəssisi Türkiyədə “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılıb.
Azercell-in dəstəyilə qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılması və startap ideyalarının inkişafına yönəlmiş “Her Improvement” layihəsinin qalibi elan olunub, "SOS Uşaq Kəndləri-Azərbaycan"ın yetirmələri “Gənclər bacarır” layihə çərçivəsində öz fəaliyyətini davam etdiriblər.
Hesabat ilində “Azercell Telekom” MMC-in sponsorluğu ilə ölkədə həm biznesi dəstəkləyən, həm də cəmiyyət üçün yararlı təşəbbüslərə təşviq edən mötəbər tədbirlər keçirilib:
“Azercell Telekom” MMC 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul olunub. Mobil operator Davamlı İnkişaf Məqsədləri (DİM) və sosial məsuliyyət siyasətlərin qəbulu və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. Şirkət, həmçinin GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində İqlim Fəaliyyətinə qoşulub. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri