BMT-nin 2024-cü il üzrə Azərbaycanda dayanıqlı inkişaf məqsədləri ilə bağlı prioriterlərindən biri inteqrasiya edilmiş icma inkişafı yanaşmasında “Ağıllı Kənd” konsepsiyasının həyata keçirilməsinə dəstək göstərilməsidir.
Bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışı zamanı BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Roccasalvo bildirib.
O qeyd edib ki, müharibənin təsirinə məruz qalmış rayonlarda gənclərin, qadınların, miqrantların, qaçqınların, məcburi köçkünlərin məşğulluğunun yaradılması və sosial, maliyyə inklüzivliyinin gücləndirilməsi əsas məsələlərdən biridir.
Bundan əlavə, kənd təsərrüfatında seçilmiş dəyər zəncirlərinin rəqabət qabiliyyətini artırmaq, torpaqların konsolidasiyası prosedurlarını təkmilləşdirilməsi, Azərbaycanda Vahid Sağlamlıq yanaşmasını və onun zoonoz xəstəliklərə və antimikrob müqavimətinə nəzarət imkanlarını gücləndirmək, toxum və aqrokimyəvi laboratoriya və sertifikatlaşdırma xidmətlərinin təkmilləşdirilməsi prioritetlər sırasında yer alıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri