Bakcell abunəçiləri 3-cü dəqiqədən sonra pulsuz danışacaq

11-04-2017 / 17:40

 Bakcell şirkəti daha sərfəli YeniDoğma tarifini təqdim edir. Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.   

Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya YeniDoğma tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün CIN və Klass tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilərlər.

Qeyd etmək lazımdır ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır.

Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə