Bakcell sosial şəbəkə üzrə yenidən sertifikat aldı

31-10-2017 / 10:56

Bakcell şirkəti Facebook sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə “Socially Devoted” sertifikatı ilə təltif olunub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bu ilin ikinci və üçüncü rübündə Bakcell özünün Facebook səhifəsinndə abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricini (100%) əldə edib.

Sosial şəbəkələrdə təmsil olunmaq nəinki təqdim olunan kontentin keyfiyyətinə, həm də öz abunəçilərinin və səhifənin digər istifadəçilərinin sualları və rəylərinin vaxtında və operativ şəkildə cavablandırılmasına görə brendlərin üzərinə böyük məsuliyyət qoyur.

İstifadəçilərin suallarına və rəylərinə verilən cavabların yüksək əmsalı (“Response Rate”) istənilən səhifə üçün müştərilərə göstərilən onlayn xidmətlərin mühüm effektivlik göstəricisidir.

Bakcell “Response Rate” üzrə yüksək göstəricilərinə görə dəfələrlə “Socially Devoted” sertifikatına layiq görülüb və qeyd etmək lazımdır ki, şirkət öz göstəricilərini hər dəfə daha da yüksəldərək, son illər 100%-lik həddə çatmağa nail olub.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından Bakcell-in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.