Previous Next
Bağla

Bakcell növbəti dəfə yüksək nəticə göstərdi

13-09-2018 17:15
Bakcell növbəti dəfə yüksək nəticə göstərdi

Bakcell şirkəti növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub.

Xeberler.az  məlumat verir ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin “Facebook” şəbəkəsində 2018-ci ilin II rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib.

Həmin monitorinqin nəticələrinə əsasən, göstərilən müddət ərzində Bakcell şirkəti özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb.

Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci rübü ərzində də abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunmuşdur. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.
Bakcell abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell növbəti beynəlxalq sertifikata layiq görülüb

20-06-2018

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100 faiz cavablandırıb

15-01-2019

Bakcell-dən sosial şəbəkə istifadəçiləri üçün maraqlı müsabiqə

30-11-2018

Bakcell Socially Devoted sertifikatına layiq görülüb

17-07-2019

Bakcell yüksək nəticə göstərib

03-05-2019

Bakcell sosial şəbəkə üzrə yenidən sertifikat aldı

31-10-2017

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

14-12-2018

Azercell Socially Devoted sertifikatına layiq görülüb

20-07-2018

Azercell növbəti dəfə Socially devoted sertifikatına layiq görülüb

06-02-2019

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Azercell-dən növbəti uğur

30-10-2017

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Məktəblilər Bakcell-in qonağı oldu

10-07-2019

Nar Facebook səhifəsinə daxil olan müraciətləri 100 faiz cavablandırıb

15-05-2019

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

15-05-2017

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakcell şirkəti diler şəbəkəsi vasitəsilə öz xidmətlərini genişləndirir

14-12-2010

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016

Azercell Facebook-da birinci oldu

13-03-2015

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

27-01-2017

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə