Bu şəhərin 32 startapı 2,3 milyard investisiya toplayıb

06-01-2017 / 10:57

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) deyəndə ağlımıza ilk  bu dövlətin yeraltı sərvətləri, qızılları gəlir.

Lakin  BƏƏ-də vəziyyətin yavaş- yavaş dəyişdiyi müşahidə edilir. Belə ki, neft ehtiyatlarının azalması və elektrik ilə işləyən cihazlar bu dəyişimin iki əsas göstəricisidir.

Son vaxtlar bölgədə internet layihələrinə (startaplara) də investisiyalar artıb.

Xeberler.az CB Insights-ın məlumatlarına istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərində öndə gələn 32 internet startapı 2013-cü ildən bu günə qədər ümumi 2,3 milyard dollar investisiya toplaya bilib.

Bu investisiyaların 40 faizi 500 min dollar ilə 2 milyon dollar arasında reallaşıb. Yatırım alan startapların yarısı e-ticarətlə bağlıdır.

Siyahıdakı startapların hamısının Dubay mərkəzli olduğunu vurğulayan CB Insights yatırımların sayı baxımından ən aktiv investorun Wamda Capital olduğunu da bildirib.

Onu da qeyd edək ki, BƏƏ-də ən çox investisiya (1 milyard dollar) alan startap  Noon.com-un yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilir. Bu platforma da e-ticarət xidmətləri verir.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.