ABŞ-da texnoloji startapların arzu edilən nəticəni verməməsi, hissə dəyərlərindəki azalmalar investorları ehtiyatlı davranmağa məcbur edir.
Silikon Vadisində yaxın zamanlarda böyük yatırımlar gözlənilirmi?
Xeberler.az National Venture Capital Association şirkətinin açıqladığı hesabata istinadən məlumat verir ki, 2016-cı ilin ilk rübündə Silikon Vadisində ümumi yatırım miqdarı 12, 1 milyard olub.
Birjadakı vəziyyət o qədər ürəkaçan olmasa da, yuxardakı yatırım miqdarına baxanda vəziyyət o qədər də pis görünmür.
National Venture Capital Association 2016-nın ilk rübündə yatırım miqdarının 12,1 milyard dollar olduğunu deyir.
Bu rəqəm ötən ili ilk rübü ilə müqayisdə 1,6 milyard daha aşağı düşüb, 2015-in son rübü ilə paraleldir.
Hesabatda qeyd edilir ki, 2001-ci ildə .com domeninin satışıları ən yüksək həddə çadıqdan sonrakı dəyərləndirməni nəzərə alaraq hazırki vəziyyəti ilk rüb dəyərləndirməsi üzrə ən yüksək yatırım kimi qiymətləndirmək olar.
Battery Ventures şirkətinin rəsmisi Neeraj Agrawal və PWC-dən Tom Ciccolella hazırda çətin dövrün olmasına baxmayaraq, son rəqəmlərin yaxşı olduğunu düşünür.
Son vaxtlarda startap və özəl sərmayə şikətlərinin qazandığı fondlar da bunu təsdiqləyib.
Lyft-in aldığı 1 milyard dollarlık yatırım, Magic Leap-in 794 milyon dollarlık yatırımı 2016-nın ilk rübündə ən yüksək zirvədə yer alıb.
National Venture Capital Association yatırım alan startapların ümumi sayının 1000-ə ( 969) yaxınlaşdığını açıqlayıb.
“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”
Hesabata görə, ilk rübün nəticələrinə baxanda əvvəlki rüblərə görə böyümə mərhələsində edilən yatırımlar 25, daha sonrakı mərhələdəki yatırımlar isə 10 faiz artıb.
Erkən mərhələdə olan yatırımların əvvəlki rübə nisbtən 18 faiz azalması diqqət çəkib .
Seed mərhələsində olan yatırımların 10 faiz azalması investorların risk almaqdan qorxduqlarını göstərir.
Bu məqamda Vadidəki vençur kapital şirkəti Greylock Partners-in rəsmisi Ashen Chandnanın rəyi maraqlıdır.
Chandna yaxşı startapların çox pula ehtiyacı olmadığını deyir. O hesab edir ki, mövcud vəziyyətdə də əldə olan vəsait də böyük işlər görmək üçün kifayətdir.
National Venture Capital Association bildirir ki, proqram kateqoriyası üzrə 376 startap 5,1 milyard dollar yatırım alması ilə ilk sırada yer alıb İkinci sırada isə 1,8 milyard dollar yatırım ilə biotexnologiya startapları gəlir.
3-cü sırada media və əyləncə kateqoriyası üzrə 109 startap 930 milyon dollarlıq investisiya alıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri