Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015 / 13:14

“Bank Technique” “Elektron Hökümət” (e-gov.az) portalı vasitəsilə elektron arayış sisteminə qoşulub.

Xeberler.az-ın məlumatına görə, bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim edə bilərlər.

Elektron arayışların qəbulu Bankın bütün xidmət nöqtələrində həyata keçirilir. Yeni sistem istifadəçilərin vaxt qənaətinə və rahatlığına yönəlib. Vətəndaşlar istənilən yerdən internet vasitəsilə e-gov.az portalına daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər.

Qeyd edək ki, e-arayışlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə formalaşdırılır. Elektron hökümət portalında xidmətlərdən yararlanmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etməklə qeydiyyatdan keçmək olar. E-arayışları həmçinin bankın xidmət nöqtələrində də əldə etmək mümkündür.

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.