“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

19-03-2015 / 16:33

Bu gündən etibarən “Expressbank” kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək.

Elektron arayışlar vasitəsilə vətəndaşlar vaxt itkisinə yol vermədən, banka getmədən onlayn rejimdə portala daxil olaraq kredit ala və digər xidmətlərdən əlavə səy tələb olunmadan faydalana bilərlər. Hazırda, "Expessbank"ın Sumqayıt, Mərkəz, Müştəri Xidməti Departamenti, Yasamal, Neftçilər filialları "Elektron hökumət" portalı üzərində e-arayışlardan istifayə start verib, e-arayışlar tezliklə "Expressbank"ın digər filiallarında da tətbiq olunacaq.

"Elektron hökumət" portalı vasitəsilə elektron arayışı vətəndaşlar sutkanın 24 saatı, günün istənilən vaxtı əldə edə bilir. Bundan əlavə, kağız üzərində olan arayışlardan fərqli olaraq vətəndaş portal vasitəsilə vaxt itkisinə və əlavə narahatlıq yaşamadan istədiyi növ arayışı formalaşdırır. Bir sözlə, e-arayışlar sayəsində vətəndaşın harasa getmək, növbə gözləmək kimi zəruriyyəti aradan qalxıb.

"Elektron hökumət" portalı gündəlik həyatda ən çox istifadə olunan arayışların elektron şəkildə vətəndaşlara təqdim olunması üzərində işləyir.

 

Mirvari Nəcəf

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə