Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018 / 15:50

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak ediblər. Artıq Olimpiadanin başa çatdığı bildirilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz olimpiadada iştirak edən təmsilçilərimizlə bağlı Xeberler.az-a açıqlama verib :

"Təəssüf ki, bu il şagirdlərimiz medal qazana bilməyiblər. Bununla belə şagirdlərimizin bir neçəsi ötən illərlə müqayisədə daha üstün nəticə göstərib. Son illərdə Olimpiadaya hazırlıq istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb. Bir neçə il öncə AMEA İT nəzdində Olimpiadaya hazırlıqla bağlı Mərkəz yaradılsa da sonradan onun fəaliyyəti nədənsə dayandırılıb. Ötən ildən Fizika -riyaziyyat təmayüllü məktəbdə Olimpiadaya hazırlıqla bağlı mərkəz yaradılıb.  Cari ildə şagirdlər Respublika Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində Təhsil Nazirliyinin, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Bakı və Sumqayıt şəhərlərində hazırlıq qrupları təşkil olunub."

Ekspert eyni zamanda  informatika sahəsində ciddi dönüş yaratmaq üçün, daim vurğulanılan  aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməli olduğunu bildirib :

"1. DİM və TN qarşılıqlı razılığa gələrək İT və Kompüter ixtisasları üzrə ali məktəbə daxil olmaq istəyənlərdən kimya əvəzinə İnformatikadan imtahan götürməlidir
2. İnformatika sahəsinə hazırlıqla bağlı TN 1-ci siniflərdən başalayraq ciddi hazırlıq tədbirləri görməlidir
3. Təmayüllü məktəblərdə informatikaya ayrılan saatların sayı mütləq şəkildə artırılmalıdır.
4. İnformatikanın tədrisi ilə bağlı müəllim hazırlığı gücləndirilməlidir və təhsil müəssisələrində informatikaya münasibət dəyişməlidir."

Qeyd edək ki, növbəti Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi gözlənilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.