Elektron Hökumət Tədris Mərkəzi İT təlimlərə başlayır

06-10-2016 / 15:20

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) fəaliyyətini genişləndirir.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi artıq informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.

Təlimlər aşağıdakı istiqamətləri əhatə edir:

“Elektron hökumət” üzrə İT biliklər və İT bacaraıqlar;

Ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə;

İT texniklik və informasiya təhlükəsizliyi;

Şəbəkə texnologiyaları və sistem inzibatçılığı;

Proqramlaşdırma, kodlaşdırma;

İnsan resurslarının inkişafı.

Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.

EHTTM-nin Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala, Bərdə kimi 15 şəhərdə yerləşən regional mərkəzləri vardır. Bunun sayəsində təkcə Bakıda deyil, həmçinin regionlarda da əhalinin, xüsusən də gənclərin İKT biliklərinin artırılması, mövcud bacarıqlarının inkişafına töhfə veriləcək.

Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompüter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişaf etdirilməsi üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil edilir.

Müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş kompüter otaqlarında və laboratoriyalarda təcrübəli və peşəkar müəllimlər tərəfindən ən müasir metodika ilə təqdim edilən təlimlər sayəsində hər bir tələbənin keyfiyyətli biliklər əldə etməsinə zəmanət verilir.

Mərkəzin Facebook, Twitter, Instagram səhifələrindən də ətraflı məlumat edə bilərsiniz. 

Mərkəzin əsas ofisi Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ünvanında Sizlərin xidmətindədir. Əməkdaşlıq və təlimlərdə iştirak etmək üçün (012) 5050113 və (077) 5050113 nömrəli telefonlar, info@telim.az e-poçt, www.e-training.az və www.telim.az saytları vasitəsilə əlaqə saxlaya bilərsiniz.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.