"Elektron hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi və Elektron Hökumət Təlim Tədris Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün "Elektron hökumət" mövzusunda seminar təşkil olunub.
MHM-dən Xeberler.az-a verilən məlumata görə, seminarda Elektron Hökumət Təlim Tədris Mərkəzinin və Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış edib.
Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov tələbələrə İKT sahəsinin inkişafı, İT-karyera, həmçinin Elektron hökumət və elektron imza mövzusunda ümumi məlumat verib.
Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Elvin Cəfərov Elektron hökumətin infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları haqda prezentasiya təqdimat üzrə geniş məlumat verib. Məruzəçi "Elektron hökumət” portalı üzərindən təqdim olunan elekctron xidmətlər barədə ətraflı məlumat verərək portal üzərindən təqdim olunan bir çox elektron xidmətlərin məhz gənclər üçün nəzərdə tutulduğunu qeyd edib.
Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron hökumət", elektron xidmətlər, elektron imza, elektron sənəd və sair barədə ətraflı informasiya vermək və onlarda praktiki biliklərin aşılanmasıdır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri