Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

27-02-2018 / 15:40

Sabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçiriləcək. 

Xeberler.az-ın məlumatına görə, iclasda  “Dövlət xidmətlərinin təşkili və qiymətləndirilməsində vətəndaş iştirakçılığı” mövzusu müzakirə ediləcək.

Toplantının yekununda dövlət xidmətlərinin  “ASAN İndeks” üzrə vətəndaş qiymətləndirməsi, elektron xidmətlərinin təşkili üzrə istifadəçi rəyinin öyrənilməsi istiqamətində Təkliflərin hazırlanması nəzərdə tutulur. 

Qeyd edək ki, toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  nümayəndələri də iştirak edəcək.

 

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.