Hesab.az-dan Dəmirbank müştərilərinə ikiqat bonus

26-04-2016 / 12:48

Hesab.az  DəmirBank-la ikiqat bonus kampaniyasına başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə , bu gündən etibarən DəmirBank-a məxsus plastik kart sahibləri Hesab.az portalında kommunal, kabel TV, mobil, internet, əyləncə və Naxçıvan xərcləri üzrə ödəniş edərkən ikiqat bonus qazanacaqlar.

Hesab.az-da qeydiyyatlı  DəmirBank müştəriləri bankın plastik kartları ilə edikləri hər 1 manat ödənişə görə 100 deyil, 200 bonus əldə edəcəklər. Bununla da DəmirBank-ın müştərilərinin Hesab.az-ın  çoxsaylı kampaniyalarda  müxtəlif  hədiyyə qazanmaq şansı iki dəfə artacaq. Qeyd edək ki, kredit və sığorta ödənişləri, kinoteatr biletləri ikiqat bonus kampaniyasına daxil deyil.

Eyni zamanda Hesab.az istifadəçiləri bonuslarını “Dərhal dəyiş” bölməsində DəmirBank-ın təqdim etdiyi Visa Electron kartına dəyişə bilərlər. Dəyişim etmiş istifadəçilər bankın plastik kartını pulsuz sifariş etmiş olacaqlar. 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.