İTV-nin 3 departamenti birləşdirildi

07-10-2009 / 19:02

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində struktur dəyişikliyi olub. Televiziyanın İnformasiya, Analitik Proqramlar və radionun Xəbərlər və Analitik Proqramlar departamentləri birləşdirilib.

“Media forum” saytının məlumatına əsasən, yeni departamentə Anar Yusifoğlu rəhbərlik edəcək. İndiyədək televiziyanın Analitik Proqramlar Departamentinin rəhbəri olmuş Anar Yusifoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. “ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.

Radionun Xəbərlər və Analitik Proqramlar Departamentinin direktoru olmuş Hafiz Səfərov yeni departamentdə müavin postuna gətirilib. Yeni departamentin baş redaktorluğu Fizuli İsmayılova tapşırılıb. Televiziyanın İnformasiya Departamentinin direktoru olmuş Natiq Abdullayev Musiqi, Bədii və Əyləncəli Verilişlər Departamentinə rəhbər keçirilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə