KATV1 yeni xidmət kanallarını istifadəyə verib

14-12-2016 / 14:47

KATV1 şirkətinin abunəçiləri üçün yeni xidmət kanallarının istifadəsinə start verilib.

Xeberler.az-ın məlumatına görə, KATV1 kabel televiziyası operatoru təqdim olunan xidmətlərdən maksimum dərəcədə və asanlıqla yararlanmaq üçün daha bir yenilik təqdim edir.

Abunəçilərlə daim ünsiyyətdə olmaq məqsədilə, şirkət tərəfindən bu yaxınlarda müxtəlif  Messencer-lərin (WhatsApp, Telegram, Viber), sosial şəbəkələrin (VKontakte və Facebook) və LiveChat funksiyasının köməkliyi ilə texniki mütəxəssislər ilə əks əlaqə yaratmaq üçün unikal imkan yaradılıb.

Genişləndirilmiş texniki dəstək “Chat2Desk” platformasının bazası əsasında həyata keçirilir ki, bu da daxil olan müraciətlərin maksimal dərəcədə tez və effektiv şəkildə aparılması üçün imkan yaradır.

Şirkətin texniki mütəxəssisi ilə onlayn-ünsiyyətə başlamaq üçün abonent www.katv1.az saytına daxil olub aşağı sağ küncdə göstərilən ünsiyyət formalarından birini seçməlidir. (Whatsapp və Viber Messencer-lərinin köməkliyi ilə ünsiyyətin qurulması mobil telefonun aktivasiyası ilə həyata keçirilir: bunun üçün abonent KATV1-in texniki dəstək nömrəsini +994 50 9999 127 telefonun yaddaşına daxil etməlidir).

Cari ilin daha bir əhəmiyyətli yeniliyi KATV1 şirkətinin ASAN Xidmət-in bütün Bakı ofislərində müştəri xidmətlərinin istifadəyə verilməsidir. Artıq abunəçilər istənilən ofisə yaxınlaşaraq, təqdim olunan bütün xidmətlərdən yararlana bilərlər. ASAN Xidmət ilə əməkdaşlıq abunəçilərin şirkət ilə daha da yaxın olmaqları üçün atılan daha bir müsbət addımdır. 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.