Previous Next
Bağla

Analoq və rəqəmli yayımı əhatə edən yeni platforma yaradılır

14-10-2016 10:08
Analoq və rəqəmli  yayımı əhatə edən yeni platforma yaradılır

Ənənəvi analoq yayımın seyrçilərindən başlayaraq kabel şəbəkələri və OTT-platformalarındakı “rəqəmli” abunəçilərə qədər bütün televeriliş seyrçilərinin ölçülməsini əhatə edəcək yeni teleölçmə platforması KATV1 SMART-ın Myvideo.az ilə birgə əməkdaşlığı çərçivəsində işə başlayacaq.

KATV1-dən Xeberler.az-a verilən məlumata əsasən, yeni platformun işə başlaması Azərbaycanda faəliyyət göstərən teleölçmə avadanlığının yalnız analoq yayımını dəstəkləməsi və 1 dekabr tarixindən həmin avadanlığın istifadəsinin qeyri-mümkün olacağı ilə bağlıdır.

Yeni platforma 5 min ev təsərrüfatında seyr edilən 100 xarici və 12 milli telekanalı təhlil etməyə imkan verəcək.

Sözügedən platforma kabel operatorun (OTT daxil olmaqla) Bakı, Xırdalan, Sumqait, Mingəçevir və Gəncə şəhərlərindəki abunəçilərini əhatə edəcək.

İstifadəçinin demoqrafik təsvirini yaratmaq üçün əlavə olaraq sosial sorğulardan, anketləşmədən, həmçinin KATV1-in müasir çağrı mərkəzinin yardımılə müvafiq telefon sorğularından istifadə olunacaq.

Daha dəqiq məlumat əldə etmək üçün bütün bu üsullar birlikdə istifafə olunur.

Teleseyrin monitorinqi KATV1 şirkətinə öz operator xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi, həmçinin abunəçilərin tələblərinə əsasən teleproqram paketlərinin yenilənməsi üçün gərəkdir.

Artıq bu gün Myvideo.az-da real zaman rejimində statistikaya əsasən bu və ya digər resursun məşhurluğunu dəqiqliklə müəyyənləşdirmək və onun kontentinin tələb səviyyəsini qiymətləndirmək olar. Əldə edilmiş məlumat seyrçilərin tələbatını qarşılayan TV-paketlərin formalaşdırılması üçün istifadə olunur. 

KATV1-in teleölçmə qərarı daim şübhə doğuran reytinqləri daha dəqiq müəyyən etməyə imkan verəcək. 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstifadəçilər milli telekanalları pulsuz izləyəcək

25-10-2016

KATV1 internetin nasazlığına görə üzr istəyir

19-11-2015

KATV1-dən məktəblilər üçün pulsuz abunəlik kampaniyası

19-05-2016

KATV1 internetin qiymətini endirib

29-09-2015

“KATV1” kabel televiziyası “Bakutel-2013” sərgisində yeniliklər təqdim edəcək

30-11-2013

KATV1 veteranlar üçün güzəştli TV paketini təqdim edib

06-04-2016

KATV1 fəaliyyətini genişləndirir

11-04-2016

KATV1 yay kampaniyasına başladı

13-06-2016

KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişiklilər edəcək

05-08-2015

KATV1 SmartBox platformasını Moskvada təqdim edib

01-02-2016

KATV1 Bakutel-də startaplarla görüşəcək

01-12-2015

Azərbaycanda analoq yayım davam etdiriləcək-Kabel televiziyalarda

10-10-2016

KATV1 Azərbaycan filmlərini dünyaya təqdim edəcək

02-02-2016

KATV1-də işləmək istəyənlər üçün fürsət

12-02-2016

KATV1 infokanalının adını və konspesiyasını dəyişdi

12-04-2016

KATV1 MyvideoSmartBox cihazını təqdim edib

06-08-2015

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

KATV1 startaplara dəstək göstərəcək

14-01-2016

KATV1 startap müsabiqəsinə başladı

10-02-2016

KATV1 yeni xidmət kanallarını istifadəyə verib

14-12-2016

KATV1-də müxtəlif dillərdə yayımlanacaq kanallar-Siyahı

05-05-2016

700 bal toplayanlar 4 illik pulsuz internet əldə edəcək

29-06-2016

KATV1 kino həvəskarları üçün yeni kampaniyaya başlayıb

24-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə