Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015 / 12:04

Məlumat verdiyimiz kimi,  Prezident İlham Əliyevin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı fərmanına əsasən Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” ( İACS) adı altında “Elektron kənd təsərrüfatı sistemi” yaradılır.

Kənd Təsərrüfatı Nazirliyindən bir müddət əvəl Xeberler.az-a məlumat verilmişdi ki,  ilin sonuna qədər elektron kənd təsərrüfatı ilə bağlı fəaliyyətin nəticələri açıqlanacaq.

Xəbərlər məsələnin hazırda nə yerdə olmağı ilə maraqlanıb.

“Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi”( İACS) adı altında elektron kənd təsərrüfatı quruculuğunun praktik təşkili davam edir. Artıq plan üzrə ilk mərhələ - sistemin  bazasının  qurulması  davam edir və ilin sonuna qədər bu fəaliyyət tam hazır olacaq”.

Bunu Xəbərlər-ə elektron kənd təsərrüfatı quruculuğundan danışan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə deyib.

Şöbə müdiri bildirib ki, “Elektron kənd təsərrüfatı sistemi”nin hazırlanması üç il müddətə müəyyən olunub və bu istiqamətdə işlər mərhələ-mərhələ davam edir.

Firdovsi Fikrətzadənin sözlərinə görə, layihə ilə bağlı beynəlxalq tender  elan olunub və İtaliyanın  ABACO  şirkəti tenderin qalibi olub. Hazırda sistemin qurulmasını ABACO şirkəti və digər bir    lokal partnyor şirkət həyata keçirir.

Firdovsi Fikrətzadə bu ilin sonuna qədər elektron kənd təsərrüfatı ilə bağlı fəaliyyətin ilkin nəticələrinin olacağını vurğulayıb.

Şöbə müdiri “Elektron kənd təsərrüfatı informasiya sistemi”nin  "Elektron hökumət” portalına inteqrasiyası və sistemin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırması  istiqamətində də işlərin davam etdiyini də bildirib.

Onun sözlərinə görə, sistemin kənd təsərrüfatına tam şamil edilməsi prezident İlham Əliyevin fərmanına uyğun olaraq 3 il müddətində həyata keçiriləcək.

 

 Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.