Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015 / 19:07

Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Artıq bütün rayonlarda bu sistemin tətbiqi ilə bağlı iş görülür. Hər bir rayon üzrə fermerlərin istehsal etdikləri məhsulların növləri, həcmi, bir sözlə, bütün lazımi məlumatlar toplanır.

Xeberler.az bildirir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rəhim Novruzov söyləyib.

İnformasiya sisteminin yaradılması üçün 4 milyon 800 min manat vəsait ayrıldığını deyən R.Novruzov bildirib ki, “e-kənd təsərrüfatı” informasiya sistemində kənd təsərrüfatına aid bütün informasiyalar məlumat bazasında əks olunacaq. Bu da maliyyə təşkilatlarının lazımi məlumatlarla tanış olmasına imkan yaradacaq. Nəticədə maliyyə təşkilatları kənd təsərrüfatı sahəsini sığortalamaqda maraqlı olacaqlar. Məlumat bazası kənd təsərrüfatı sahəsində daha böyük inkişafın və irəliləyişin əldə edilməsində mühüm yardımçı olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.