Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015 / 11:54

Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Təkmilləşdirilmiş dəyər zənciri üzrə fəaliyyətlərin koordinasiyası üçün bacarıqların artırılması və institusional inkişaf” layihəsinin yekun nəticələrinin təqdimatı keçirilib.
 
Xeberler.az-ın məlumatına görə, tədbir zamanı layihənin əsas nəticələri barədə məlumatlar,  layihə çərçivəsində yaradılmış kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazası, “Kənd təsərrüfatı” aylıq informasiya bülleteni ictimaiyyətə təqdim olunub.
 
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə elektronlaşma və e-kənd təsərrüfatı istiqamətində görülən işlərdən danışaraq bildirib ki, kənd təsərrüfatı sektorunda idarəetmənin səmərəliliyinin təkmilləşdirilməsi istiqamətində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycan Hökumətinin prioritet hesab etdiyi sahələrdəndir.
 
FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir isə layihənin əsas komponentlərindən biri olan kənd təsərrüfatı məhsullarının gündəlik topdan və pərakəndə satış qiymətləri üzrə elektron məlumat bazasının yaradılmasının və bütün tərəfdaşlar tərəfindən bazar haqda məlumatlara çıxışın əldə edilməsinin ərzaq təchizatı və yeni bazarlara çıxışın təmin edilməsinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.