Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017 / 13:23

İnformasiya təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış RiskBased Security şirkətinin ekspertləri Windows 10 sistemini Microsoft şirkətinin ən zəif əməliyyat sistemi adlandırıblar.

Mütəxəssislərin məlumatına görə, 2016-cı ildə Microsoft öz proqram təminatında 729 boşluğu aradan qaldırıb. Xatırladaq ki, 2014-cü ildə bu göstərici 383-ə bərabər idi.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, analitiklər Internet Explorer brauzerini Microsoft şirkətinin ən zəif məhsulu adlandırıblar. RiskBased Security şirkətinin müşahidəsinə əsasən, indiyədək sözügedən proqram təminatında 1261 boşluq aşkar edilib.

İndiyədək 705 boşluq tapılmış Windows 10 əməliyyat sistemi ikinci yeri tutub. Microsoft şirkəti Windows Server 2012, Windows 7 və Windows Vista əməliyyat sistemlərində ümumilikdə 660, 647 və 621 boşluq aradan qaldırıb.

Ekspertlər bildiriblər ki, Windows 10 sistemində çoxlu sayda boşluğun aşkarlanması bu platformanın əvvəlkilərlə müqayisədə daha təhlükəli olması anlamına gəlmir. RiskBased Security şirkəti tərəfindən bildirilmiş proqram çatışmazlıqlarının əksəriyyəti kütləvi elan edilmədən aşkarlanıb və aradan qaldırılıb, ona görə istifadəçilərə zərər dəyməyib.

Microsoft şirkəti Windows 10 sistemi ilə müqayisədə Windows 7 sistemini daha təhlükəli əməliyyat sistemi adlandırır və korporasiyanın sonuncu əməliyyat sistemindən istifadəni tövsiyə edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.