“Windows XP” istifadəçiləri yeni əməliyyat sisteminə keçməyə başlayın

07-11-2013 / 07:13
2014-cü il aprelin 8-də “Microsoft” korporasiyası “Windows XP” əməliyyat sistemini (ƏS) dəstəkləməyi dayandıracaq və onun istifadəçiləri platformanın daha yeni versiyalarına keçməlidirlər.

 Onlar şirkətin xəbərdarlığına əhəmiyyət vermirlər və istifadəçilərin 30%-dən çoxu bu ƏS-dən istifadəyə davam edir. Şirkətin nümayəndəsi Holli Styuart deyib ki, bu il “Microsoft XP” ƏS-də “sıfır” günü ilə bağlı 30 boşluğu aradan qaldırıb.

 Şirkət lazımi addımları atmasaydı, ƏS-nə müdaxilə üçün kibercinayətkarların əlində 30 eksploit olardı. “Windows XP” ƏS-də köhnə texnologiyalar istifadə edildiyinə görə ona müdaxilə daha asandır və kibercinayətkarların əlində bütün lazımi alətlər var. (ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə