Nar bütün istiqamətlərə zənglərin qiymətini endirdi

18-03-2016 / 18:01

Nar öz abunəçilərinə rahat ünsiyyət təmin etmək məqsədilə “Salam” tarifində ölkədaxili bütün istiqamətlərə zənglərin qiymətini endirdi.

 İndi Nar istifadəçiləri abunə haqqı ödəmədən “Salam” tarifində zənglərin 1 dəqiqəsi üçün cəmi 3 qəpik ödəyəcəklər.

Şirkətdən Xeberler.az-a verilən  məlumata görə, “Salam” tarifinə qoşulmaqla abunəçilər çox sərfəli qiymətlə yanaşı, həm də 2 sevimli nömrəni pulsuz əlavə etmək imkanından da yararlana bilərlər.

Nar öz abunəçilərinin rahatlığını nəzərə alaraq, Sevimli Nömrələr arasında danışıq qiymətini də endirdi. İndi “Salam” tarifində Sevimli Nömrələr arasında danışığın 1 dəqiqəsi 1,5 qəpik təşkil edir.

Bu tarifə qoşulmaqla abunəçilər şəbəkə fərqini düşünmədən və abunə haqqı ödəmədən istədikləri qədər rahat danışa biləcəklər. “Salam” tarif planındakı endirimlər 1 iyun 2016-cı il tarixinədək qüvvədədir.

Tarif planına qoşulmaq üçün sadəcə mobil telefonun ekranında *777#334#YES şifrəsini yığmaq və ya Salam yazaraq 777 nömrəsinə qısa mesaj göndərmək kifayətdir. Sərfəli qiymətlərdən yararlanmaq istəyən yeni abunəçilərin isə Nar Satış və Xidmət mərkəzlərinə müraciət etmələri kifayətdir.

Tarif haqqında daha ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə