Gənc Ol tarifi ilə 60-dan çox məkanda 50 faizə qədər endirim

19-04-2016 / 18:11

 Azercell-in populyar Gənc OL tarif paketində sərfəli endirimlər və kampaniyaların sayı durmadan artır. İndi Gənc OL tarif paketinə qoşulan abunəçilər daha 19 məkanda (restoranlar, mağazalar, fitnes, təhsil, əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.  

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, ümumilikdə isə, abunəçilər 60-dan artıq fərqli məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər.

Gənc OL tarif paketində olan bütün endirimlər barədə daha ətraflı http://www.gencol.az/az/teklifler linki vasitəsilə tanış olmaq olar.

Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da qeyd edək ki, bütün Azercell abunəçiləri Genc OL portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.

Azercell-in qeyd olunan paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.  Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.

Gənc OL tarifində endirimlərinin sayı artmaqda davam edir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.