Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019 / 11:00

“Nar” gənclərin uğurlu karyera qurmalarına dəstək olmaqda davam edir. 

Xeberler.az  bildirir ki, mobil operator ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” satış, marketinq sahələri üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə “Nar” stendinə maraq böyük olub.

Martın 1-də “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən karyera yarmarkasında 110-dan artıq dövlət və özəl şirkət iştirak edib. ADA Universitetində 7-ci dəfədir ki, təşkil edilən karyera yarmarkasına 2000-ə yaxın tələbə və məzun qatılıb. Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara müxtəlif şirkətlərin insan resursları departamentinin nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı yaratmaqdır.

Qeyd edək ki, gənclərə dəstək məqsədilə “Nar”ın ADA Universiteti ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.