Previous Next
Bağla

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018 13:11
Nar tələbələr üçün yeni iş imkanları təklif edir

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə gənclərə dəstək olub. Mobil operator Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan 1-ci Karyera Sərgisində iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” biznesin təhlili üzrə mütəxəssis, media əlaqələri üzrə mütəxəssis, eyni zamanda məhsulların inkişaf etdirilməsi üzrə aparıcı mütəxəssis və korporativ satış üzrə mütəxəssis vəzifələrinə sənəd qəbulu təşkil edib.

Xeberler.az  bildirir ki, dekabrın 14-ü keçirilən sərgidə Azerfon MMC (“Nar” ticarət nişanı) ilə yanaşı, 70-dən çox şirkət iştirk edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub.

Qeyd edək ki, sərgi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada ilk addım” şüarı altında keçirilib. Sərginin keçirilməsinin əsas məqsədi gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, gənclərə dəstək “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. “Nar” AzTU ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün “Mobil rabitənin əsasları” mövzusunda təlimlər keçirib. 2016-ci ildə Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada tələbələr mobil rabitə üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019

Nar tələbə və məzunlara karyera qurmaqda dəstək olur

26-09-2019

Nar gənclərin uğurlu karyera qurmasına dəstək olur

04-03-2019

Nar-dan fiziki məhdudiyyətli insanlara karyera fürsəti

24-11-2018

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

Nar gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

09-10-2018

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

Nar gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaradıb

31-10-2019

Nar gənclər üçün iş imkanları təklif etməkdə davam edir

20-05-2019

Nar tələbələri mükafatlandırıb

07-07-2017

Nar ən fəal şirkət seçildi

05-03-2018

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar əmək yarmarkasında iştirak edir

05-05-2018

Nar gəncləri işlə təmin edəcək

01-11-2016

Nar yeni vakansiyalar elan edib

02-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə