Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018 / 12:44

Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Xeberler.az məlumat verir ki, bununla bağlı dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Bildirək ki, Fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında ƏsasnaməNaxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu təsdiq edilib, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Mirsaleh oğlu Seyidov prezident İlham Əliyevin 30.07.2018 imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.