Nazir Əli Abbasov Şirvanda vətəndaşları qəbul edib, poçt və abunə şöbələrinin açılışında iştirak edib

30-01-2015 / 17:45

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Şirvanda vətəndaşları qəbul edib, poçt və abunə şöbələrinin açılış mərasimində iştirak edib.

 Nazir Əli Abbasov qəbuldan əvvəl dünya standartlarına cavab verən yeni təmir olunmuş poçt şöbəsinin açılış mərasimində iştirak edib.

 Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində poçt və abunə şöbəsi ən müasir telekommunikasiya avadanlıqları ilə təmin edilib. Açılış mərasimində Şirvan İcra hakimiyyətinin başçısı Mərdan Camalov, Dünya Bankının nümayəndələri və nazirliyin struktur şöbələrinin əməkdaşları iştirak edib.

 Daha sonra nazir  Şirvan şəhəri, Hacıqabul və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda  nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı da təmin olunub. Müraciətlərin operativ araşdırılması və həlli məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

 Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmaq, internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

 Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

 Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə