“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib

22-04-2024 / 15:02

 İnformasiya texnologiyaları sahəsində baş verən sürətli inkişaf və rəqəmsal transformasiya müştərilərə yeni xidmətlərin göstərilməsini, bank əməliyyatlarının daha da əlçatan olmasını tələb edir.

 Bu məqsədlə 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib.

 Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

  • Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;
  • Bank hesablarına nəzarət etmək;
  • Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;
  • Mübadilə əməliyyatlarını həyata keçirmək;
  • Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;
  • Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

 Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə