Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015 / 11:09

“Yaxın vaxtlarda kənd  təsərrüfatı məhsullarının satış qiymətləri elektron qaydada Kənd Təsərrüfatı nazirliyinin rəsmi saytında yerləşdiriləcək”.

Bu barədə Xeberler.az-a Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, bu istiqamətdə fəaliyyətlər yekunlaşmaq üzrədir. 

Firdovsi Fikrətzadə onu da qeyd edib ki, elektron kənd təsərrüfatı sisteminin hazırlanması üzrə işlər davam etdirilir.

Onun sözlərinə görə, sistemin tam istifadəyə verilməsinin dəqiq tarixi hələki məlum deyil.

Şöbə müdiri qeyd edib ki, sistemin tam hazırlanması müəyyən vaxt tələb edir və bu mərhələli həyata keçiriləcək.

Qeyd edək ki, Xeberler.az məsələ ilə bağlı bir müddət əvvəl ətraflı məlumat vermişdi.

Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.

 

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.