Previous Next
Bağla

İKTA hesabat verib

09-04-2024 17:52
İKTA hesabat verib
Gözlənilirdi ki, sektorun ilk tənzimləyici qurumunun ilk Hesabatı İKT ictimaiyyətinin iştirakı ilə hesabatını təqdim edəcək.

Lakin RİNN-in İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi Hesabatı sadəcə media vasitəsilə yaymağa üstünlük verib.

Hesabata nəzər saldım.
Hiss olunur ki, yetərincə üzərində işləyiblər.

Dərhal qeyd edim ki, RİNN-nin digər Agentliyindən, İRİA-dan fərqli olaraq İKTA sıfırdan formalaşmış qurumdur.
Buna baxmayaraq görünən odur ki, İKTA ötən müddət ərzində daha çox işlər görə bilib, hətta uzun illərdən bəri donmuş vəziyyətdə olan bir neçə ciddi işləri reallaşdıra bilib.

İKTA səpələnmiş formada, yarı gizli – yarı açıq formada fəaliyyət göstərən provayderlərin uçot-qeydiyyat işini sahmana sala bilib. İndiyədək 150-dən çox provayder uçota alınıb. Əlçatanlıq yaradılıb.

İKT sektorunda göstərilən xidmətlərin keyfiyyətinə nəzarət üçün, vətəndaşların şikayətlərinin qəbulu və izlənilməsi üçün faydalı bir onlayn sistem, e-Şikayət rəqəmsal resursunu da hazırlayıb.
İKTA tərəfindən Internet xidmətlərinin keyfiyyət göstəriciləri də hazırlanıb və Nazirlik tərəfindən təsdiqlənib

Yəni belə demək mümkünsə, İKTA ölkənin internet bazarında bir xeyli səliqə-sahman yarada bilib, şəffaflıq və keyfiyyətə nəzarət mexanizmləri formalaşdırıb.
Düşünürəm ki, bununla da qarşıdakı mərhələdə biz “keyfiyyətsiz internet” probleminə son qoya biləcəyik.

İKTA radiotezlik sektorunda da gözəçarpan işlər görə bilib. DRİ ilə birgə radiotezliklərdən effektiv və səmərəli istifadə, 5G tezliklərinin digər qurumlardan geri alınması, müstəsna hallarda tezliklərin məhdudlaşdırılması və s. məsələlər artıq öz həllini tapıb.

Uzun illərdən bəri ciddi problem olaraq qalan 5G tezliklərinin təyinatı üzrə istifadəsi üçün nəticəsi olan addımlar atılıb.
5G işçi Qrupu bu texnologiyanın Azərbaycanda tətbiqi istqiamətində işlərə başlayıb.
Hələlik heç bir operatora 5G lisenziyası verilməyib.

Yeri gəmişkən xatırladıram ki, bu sahədə biz qonşu ölkələrdən xeyli geri qalmışıq.
İKTA –nın bazarın iştirakçıları ilə müntəzəm olaraq görüşlər keçirməsi də diqqətçəkəndir. Amma yaxşı olar ki, İKTA bu görüşləri maraqlı tərəflərin iştirakı ilə keçirsin.

Ümumiyyətlə, Hesabatdan da görünür ki İKTA hələlik bir çox sahələrdə yenicə tənzimləyici və nəzarətedici addımlar atmağa başlayır.
Bu məqsədlə bir çox sistemlər formalaşdırlıb, beynəlxalq təcrübə öyrənilib, tənzimləmə məsələləri ilə bağlı beynəlxalq əlaqələr gücləndirilib.

Müəyyən addımlar atılsa da tənzimləmə və nəzarət sahəsində problemlər çoxdur.
Xüsusilə dövlətə məxsus telekommunikasiya resurslarından, yeni formalaşmış nəhəng GPON telekommunikasiya şəbəkəsindən gələcəkdə bərabər əsaslarla istifadə, rəqbətli nühitin formalaşması, dövlət operatorlarının bazarda hökmranlığının yaratdığı neqativlərin qarşısın alınması istiqamətində ciddi tənzimləyici mexanizmlər hazırlanmalıdır.

Operatorlara 5G lisenziyalarının ədalətli və ağlabatan formada verilməsini üçün mühit formalaşdırılmalıdır.

İKTA ictimai iştirakçılığa şərait yaratmalı, rəqəmsal mühitdə istiafdəçilərin hüquqlarının qorunmasına diqqəti artırmalıdır.
 
Osman Gündüz
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

İnternetin keyfiyyətinə cavabdeh olan departamentə rəhbər təyin edilib

22-08-2023

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Milli domenin milli inzibatçısı kimdir, milli inzibatçı səlahiyyətini ona kim verib?

02-05-2024

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA-da təcrübəçilərə beynəlxalq reytinqlərlə bağlı təlim keçilib

27-05-2025

İKTA nümayəndələri Budapeştdə işçi qruplarının iclasında iştirak ediblər

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə